Kadırovu tənqid edən bloger öldürüldü


Çeçenistan hökumətini tənqid etməsi ilə tanınan müxalifətçi çeçen bloger Tumso Abdurahmanov İsveçdə öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “1ADAT” teleqram kanalı məlumat yayıb.
“Tumso gecə saatlarında bir qrup şəxs tərəfindən güllələnib və hazırda qətlin təfərrüatları araşdırılır”, - məlumatda bildirilib.
Müxalifət nəşri başqa təfərrüatları açıqlamasa da, xüsusi xidmət orqanlarının Tumso Abdurahmanovun qardaşı Məhəmmədi gizli saxladıqlarını qeyd edib.
“Azadlıq radiosu”nun Rusiya xidməti yazıb ki, Abdurahmanovun silahdaşlarının dediyinə görə, bloger dekabrın 2-nə keçən gecə öldürülüb. Digər təfərrüatlar məlum deyil. İsveç hüquq-mühafizə orqanları hələlik bununla bağlı açıqlama verməyib.
Tumso Abdurahmanov dekabrın əvvəlində əlaqəni dayandırıb. Bu barədə İsveçdə yerləşən “Vayfond” çeçen hüquq müdafiə assosiasiyası məlumat yayıb. Hətta o zaman blogerin öldürülə biləcəyi ilə bağlı məlumatlar yayılsa da, təsdiqini tapmayıb.
Tumso Abdurahmanov 2015-ci ildə Çeçenistan hökumətinin həmin dövrdəki administrasiyasının rəhbəri İslam Kadırovla (Çeçenistan Respublikasının hazırki rəhbəri Ramzan Kadırovun qohumu) münaqişədən sonra Çeçenistanı tərk edib. Abdurahmanovun sözlərinə görə, o, dəfələrlə zorla İslam Kadırovun evində saxlanılıb və hədələnib. Abdurahmanov Gürcüstan və Polşadan sığınacaq almağa çalışsa da, hər iki halda ona rədd cavabı verilib.

DİGƏR XƏBƏRLƏR

Top