Lyayen videomüraciətindən ukraynalı hərbçilərlə bağlı dediklərini sildi - Yenilənib


Avropa Komissiyası Ursula Fon der Lyayenin videomüraciətindən və yazılı açıqlamasından Ukraynadakı müharibədə 100 min ukraynalı hərbçinin həlak olması barədə olan hissəni çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, Lyayenin özü də rəsmi tvitter hesabında paylaşdığı videomüraciətdən həmin hissəni silib.

***13:46
“İndiyədək 20 000-dən çox mülki vətəndaşın və 100 000-dən çox Ukrayna hərbçisinin öldürüldüyü təxmin edilir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib.
O bildirib ki,  Rusiya törətdiyi dəhşətli cinayətlərin əvəzini ödəməlidir.
“Biz BCM (Beynəlxalq Cinayət Məhkəməsi - International Criminal Court (ICC)) ilə işləyəcəyik və Rusiyanın cinayətlərini mühakimə etmək üçün ixtisaslaşmış məhkəmənin yaradılmasına kömək edəcəyik.
Tərəfdaşlarımızla biz əmin olacağıq ki, Rusiyanın gətirdiyi dağıntıların əvəzini oliqarxların dondurulmuş vəsaitləri və mərkəzi bankının aktivləri hesabına ödəyəcəyik”, - Lyayen bildirib.

DİGƏR XƏBƏRLƏR

Top