“Ukraynaya “Patriot” verilsə qanuni hədəfimiz olacaq”


ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin Kiyevə tədarükü halında, onlar Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.
“Əgər Stoltenberqin eyham vurduğu kimi, NATO Kiyevi “Patriot” kompleksləri ilə təmin edərsə, onlar dərhal silahlı qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək”,- deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, NATO hazırda Ukraynaya “Patriot” verilməsini müzakirə edir.

DİGƏR XƏBƏRLƏR

Top