Tokayevin andiçmə mərasimi keçirildi


Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Astanada rəsmi andiçmə mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Tokayev Müstəqillik Sarayında ölkə xalqına and içərək rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayıb.
“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyimə, Qazaxıstan Respublikası Prezidentinin mənə həvalə edilmiş yüksək vəzifələrini vicdanla yerinə yetirəcəyimə təntənəli and içirəm”, - Tokayev sağ əlini ölkə konstitusiyasının surətinin üzərinə qoyaraq deyib.

DİGƏR XƏBƏRLƏR

Top