Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verildi


Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Səbuhi Səlimov 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

DİGƏR XƏBƏRLƏR

Top