Azərbaycan və İsrailin müdafiə nazirləri telefonda danışıblar


“Bu gün səhər dostum, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla danışdım. Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaqla bağlı qəbul etdiyi mühüm qərara görə İsrailin müdafiə qurumları adından ona təşəkkür etdim”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Benni Qantz özünün sosial şəbəkə hesabında yazıb.
“Mən, həmçinin, bu illər ərzində İsrail və Azərbaycan arasında müdafiə əlaqələrini inkişaf etdirmək üçün tərəfdaşlığına və sadiqliyinə görə ona təşəkkür etdim. Bu, ölkələrimiz arasında dərin dostluğu əks etdirir və əminəm ki, bu dostluq daha da inkişaf edəcək və regiona müsbət təsir göstərəcək”, - deyə Qantz bildirib.
Qeyd edək ki, Milli Məclisin 18 noybarda keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində Azərbaycanın İsraildə səfirliyi təsis edilməsi əksini tapıb.

DİGƏR XƏBƏRLƏR

Top