Təbrizli iş adamı ölkədən çıxarılır - Uzun illərdir Bakıda yaşayırdı...


Dövlət Miqrasiya Xidməti İran vətəndaşı Jamfarsidi Gholamrezaya (Jamfarsidi Qulamrza) Azərbaycanda daimi yaşamaq üçün icazə verilməsindən imtina edib.
Yeniavaz.com
xəbər verir ki, əslən Təbrizdən olan Qulamrza uzun illərdi Azərbaycanda yaşayır.
Qulamrza 2011-ci ildə hüquqi ünvanı Qara Qarayev pr., ev 1, m. 46-da yerləşən “JAM” MMC adlı şirkətin qanuni təmsilçisidir.
Xəbəri rus dilində oxuyun: Бизнесмена из Тебриза депортируют - Много лет жил в Баку...

Jamfarsidi Qulamrzaya 2017-ci ildə Mərdəkan qəsəbəsində fərdi yaşayış evi tikmsıi üçün rəsmi icazə də verilib.
Dövlət Miqrasiya Xidmətinin 15 noyabr 2022-ci il tarixli 8619041 nömrəli qərarı ilə Jamfarsidi Qulamrzanın daimi yaşamaq icazəsi ləğv edilib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top