Türkiyə Suriyanın şimalında əməliyyat keçirə bilər


“Türkiyə İraqda qanunsuz Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarına qarşı sərhədyanı əməliyyatı başa vurduqdan sonra Suriyanın şimalındakı hədəfləri təqib etməyi planlaşdırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters”ə Türkiyədəki yüksək rütbəli məmur bildirib.
Qeyd edilib ki, Türkiyə hökuməti bazar günü İstanbulun İstiqlal prospektində 6 nəfərin ölümü və 80-dən çox insanın yaralanması ilə nəticələnən partlayışda kürd yaraqlılarını günahlandırıb.
“Kürd yaraqlıları və ya İslam Dövləti tərəfindən Türkiyəyə qarşı təhdidlər qəbuledilməzdir. Ankara cənub sərhədi boyunca “bu və ya digər şəkildə” təhdidləri aradan qaldıracaq”, - məmur Reuters agentliyinə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top