“Ukraynanı Rusiya ilə danışıqlara məcbur etmirik”


ABŞ Ukrayna hakimiyyətinə təzyiq etmir və onları Rusiya Federasiyası ilə danışıqlara məcbur etmir, sadəcə, Kiyevə tərəfdaşlıq şərtləri ilə bağlı məsləhət verir. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə noyabrın 10-da ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan brifinq zamanı bildirib. “ABŞ Ukraynaya təzyiq etmir, biz heç nədə israr etmirik. Bizim gördüyümüz iş tərəfdaşlar kimi məsləhətləşmək və dəstəyimizi təkcə ictimai bəyanatlarla deyil, həm də maddi fiziki dəstək, hərbi yardım vasitəsilə nümayiş etdirməkdir”, - deyə o qeyd edib.
Sullivan əlavə edib ki, ABŞ hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, Kiyev bu cür qərarları təkbaşına qəbul etməlidir və Vaşinqton mümkün sülh halında Ukraynanı daha yaxşı mövqe ilə təmin etmək üçün çalışacaq.

DİGƏR XƏBƏRLƏR

Top