Məşhur futbol klubu satılır


“American Fenway Sports Group” (FSG) İngiltərənin "Liverpul" futbol klubunu satmağı düşünür.
Yeniavaz.com
xəbər verir ki,  bu barədə “Financial Times” məlumat yayıb. Bildirilib ki, indiyə qədər bir dəfə Liverpool-u almaq təklifi gəlib.
"Əvvəlcə qeyd edildiyi kimi, şərtlər futbol klubunun maraqlarına uyğun olarsa, yeni səhmdarların cəlb edilməsini nəzərdən keçirəcək", - deyə şirkətin açıqlamasında bildirilir.
Xatırladaq ki, 2010-cu ildə FSG “Liverpool”u satın alandan bəri futbol klubu həm Çempionlar Liqasının, həm də İngiltərə Premyer Liqasının qalibi olub. 

DİGƏR XƏBƏRLƏR

Top