İtaliyada helikopter qəzaya uğradı, turistlər öldü


İtaliyanın cənubundakı Foqqia şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb. Bildirilib ki, ölənlərdən beşi Sloveniyadan olan turistlərdir, hamısı bir ailənin üzvləridir. Onların arasında 13 yaşlı qız da var.
Pilot və yerli həkim olan digər şəxs də ölüb.
Helikopter Apuliyanın cənub bölgəsi sahillərindəki Tremiti adalarından havaya qalxıb. Turistlər ora bir gün əvvəl gəliblər və əlverişsiz hava şəraiti səbəbindən həmin gün geri qayıda bilməyiblər. Qayıdış bir gün gecikib. Növbəti gün yola çıxılsa da qəzadan qaçmaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top