MSK sədrinə yeni səlahiyyət verildi


Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolu Mərkəzi Seçki Komissiyası adından MSK sədri tərtib edəcək.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top