“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.