Oktyabrın 11-də Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gedib.
Yeniavaz.com xəbər verir ki, Prezidentin Ala-Arça dövlət iqamətgahında Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidentinin qarşılanma mərasimi zamanı Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısı səsləndirilib.