ADY-dən Sumqayıt-Bakı qatarındakı sıxlıqla bağlı - Açıqlama


Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
“Bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda yeni açıqlama olacaq", - deyə qurum bəyan edib.
Xatırladaq ki, bu gün həmin qatardakı sərnişinlərdən birinin səhhətində problem yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top