Çin Tayvan ətrafına 22 təyyarə və 4 döyüş gəmisi göndərib


Çin ordusu bu gün Tayvan ətrafına 22 təyyarə və 4 döyüş gəmisi göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu bardə Çin Müdafiə Nazirliyi açıqlma yayıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Tayvanda vəziyyəti izləmək üçün hava patrulu göndərib, radio xəbərdarlığı edib və zenit-raket sistemlərini yerləşdirib.
Xatırladaq ki, avqustun əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfərindən sonra Tayvan ətrafında vəziyyət xeyli gərginləşib. Tayvan adasının əyalətlərindən biri olduğunu iddia edən Çin Pelosinin səfərini pisləyib, bu addımı ABŞ-ın Tayvan separatizminə dəstək kimi qiymətləndirib və genişmiqyaslı hərbi təlimlər keçirib.

 

DİGƏR XƏBƏRLƏR

Top