Tərtərdə minaya düşənlərin son durumu açıqlandı - Yenilənib


Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Bu barədə Yeniavaz.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nayihəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub. Hazırda hər iki pasiyent əməliyyatdadır" - məlumatda bildirilib.

***13:09
Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri  barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, daha əvvəl Bayramov Rəfayıl və Cabbarov Nicatın minaya düşməsi barədə xəbər vermişdik.

DİGƏR XƏBƏRLƏR

Top