Güvən Nəşriyyatı “Gələcəyini inşa et!” sərgisində - Video


Bu gün Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı ilə “Gələcəyini inşa et!” devizi ilə təhsil sərgi-yarmarkası - “BYF EduExpo 2022” keçirilib.
Yeniavaz.com
xəbər verir ki, sərgi-yarmarkada “Güvən Nəşriyyatı” da iştirak edib.
Sərgidə iştirak edən Güvən Nəşriyyatının koordinatoru Saleh Məmmədli bildirib ki, sərgidə 50-dən çox şirkət iştirak edir:
“Güvən Nəşriyyatı 2014-cü ildən 80 adda məhsul nəşr edərək oxuculara təqdim edib. Bizim nəşrlər - ibtidai, orta təhsil təhsil üçün nəşrlər Elm və Təhsil Nazirliyinin proqramı əsasında hazırlanıb. Nəşrlərimiz eyni zamanda Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların proqramına da uyğundur. Şagirdlər bizim nəşrləri oxuduqdan sonra həmin imtahanlarda yüksək nəticə göstərə bilirlər.

DİGƏR XƏBƏRLƏR

Top