Mingəçevirdə idman yarışı keçirilib - Fotolar


Mingəçevir şəhər stadionunda  Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında respublika yarışlarının şəhər mərhələsi keçirilib.

Yeniavaz.com xəbər verir ki, açılış mərasimində çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar.
Bildirilib ki, bu cür idman tədbirlərinin gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük rolu var.
Yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarından sonra yarışa qatılan 20-25 yaş arasında olan gənclər turnikdə dartınma və müəyyən olunmuş marşrut üzrə 3 min metr məsafəyə kross qaçışında yarışıblar. Yarışın sonunda hər bir hərəkət üzrə ilk üç yeri tutmuş idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, bu tədbirlərin ölkəmizin 40 rayonunda keçirilməsi nəzərdə tutulub.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top