“Neft ucuzlaşdı, bəs niyə "Aİ-95"in qiyməti düşmür”


“Dünya bazarı bəhanəsi ancaq qiymət qalxmasına xidmət edir?!”
Yeniavaz.com
xəbər verir ki, bu sözləri REAL partiyasının icra katibi Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşıb.
“Hökumət (bəli, əslində məhz hökumət, amma SOCAR-ın əli ilə) "Aİ-95" markalı benzinin qiymətini 2 manata qaldıranda SOCAR-ın ağzı ilə dedi ki, dünyada neft 120 dollar civarındadır, dünyada neft və neft məhsulları bahalaşıb deyə bizdə də qiyməti artırmaq məcburiyyəti yaranıb. İndi neft 90 dollardır, qiymət artan gündən bəri 30%-ə yaxın ucuzlaşıb, bəs niyə "Aİ-95"in qiyməti düşmür?! Yaxşı, 30% salmazsınız, olsun, amma qiyməti 20% salıb 1,60 manat niyə etmirsiz?!”, - deyə o bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top