
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS - International Federation of Football History & Statistics) klubların yeni dünya reytinqini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıya 304 komanda daxil edilib və burada Azərbaycan klublarından yalnız “Qarabağ” var.
Ölkə çempionu 91-ci pillədə qərarlaşıb. Ağdam klubu Türkiyənin “Fənərbağça”, Kolumbiyanın “Atletiko Nasyonal” və Belçikanın “Brügge” klubları ilə eyni xala malikdir. 4 komandanın da aktivində 131 xal var.
Siyahıya 305 xalla “Palmeyras” başçılıq edir. Digər Braziliya klubu “Flamenqo” 303 xalla ikinci, “Liverpul” isə 293 xalla (İngiltərə) üçüncüdür.
Qeyd edək ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 1984-cü ildə yaradılıb və baş ofisi Almaniyanın Bonn şəhərində yerləşir.
Təşkilat 1991-ci ildən peşəkar futbol matçlarının nəticələrinə əsasən klublar və milli komandalar üçün reytinq tərtib edir. Qiymətləndirmədə kontinental və qitələrarası yarışların, milli liqa matçlarının və ən vacib ölkə kuboku matçlarının nəticələri (16-lıqdan əvvəlki matçlar qiymətləndirilmir) nəzərə alınır.