ADAU-ya rektor vəzifəsini icra edən təyin olundu


Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) rektor vəzifəsini icra edən təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Bildirilib ki, imzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.
O, universitetin kollektivinə təqdim edilib.
Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.

DİGƏR XƏBƏRLƏR

Top