Azərbaycanda maaşların nə qədər artdığı - Açıqlandı


Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 831 manat 30 qəpik olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-iyun) müqayisədə 4 manat 20 qəpik artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 827 manat 10 qəpik olub.
Xəbəri rus dilində oxuyun: Насколько в Азербайджане повысились зарплаты?
Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:
Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat
Yanvar-İyun – 827,1 manat
Yanvar-İyul – 831,3 manat

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top