Aİ Ukraynaya 5 milyard avroluq yardım paketi təqdim edəcək


Avropa İttifaqı (Aİ) gələn həftə Ukrayna üçün Avropa Komissiyasının iyun ayında elan etdiyi planın bir hissəsi olan daha 5 milyard avroluq yardım paketini təqdim edəcək. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadla “Bloomberg” agentliyi məlumat yayıb. Ayrılan vəsait Ukrayna vətəndaşlarına maaş və müavinətlərin ödənilməsi üçün nəzərdə tutulacaq. Qeyd olunur ki, Aİ nümayəndələri onlayn rejimdə keçirilən görüşdə yeni paketin təfərrüatları barədə razılığa gəliblər, həmçinin Ukraynaya qalan 3 milyard avroluq makroiqtisadi yardımın verilməsi mexanizminin işlənib hazırlanmasını davam etdirmək barədə razılaşıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top