Ukraynanın Xarkov şəhəri Rusiya qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat yayıb.
Bildirilib ki, raketlər şəhərin mərkəzində beşmərtəbəli yaşayış binasının yanına, eləcə də məktəbəqədər təhsil müəssisələrindən birinə düşüb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
Atəşdən sonra Xarkovun mərkəzində yaşayış binasında yanğın baş verib. Xilasetmə işləri davam etdirilir.