Əfsanəvi gürcü müğənni konsert gəlirini Ukrayna üçün xərcləyib


Əfsanəvi gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze iyulun 19-da Batumidə təşkil olunmuş konsertindən əldə etdiyi bütün gəliri Ukrayna Silahlı Qüvvələrinə xərcləyib.

Yeniavaz.com xəbər verir ki, sənətçi bu barədə “Mtavari” telekanalına müsahibəsində deyib.

Bildirib ki, V. Kikabidze konsertdən yığılan pula içərisi quru yeməklərlə dolu olan mikroavtobus alıb. Mikroavtobus 26 saylı artilleriya briqadasına təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top