Quraqlıq səbəbilə 22 milyon insan ac qalacaq - BMT


Efiopiya, Keniya və Somalidə təxminən 22 milyon insan, , uzun illər davam edən quraqlıq səbəbindən aclıq astanasındadır. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.
"İlin əvvəlindən daha doqquz milyon insan Efiopiya, Keniya və Somalidə ağır qida çatışmazlığı şəraitində yaşayır. Beləliklə, 22 milyon insan özlərini kifayət qədər ərzaqla təmin etmək problemi ilə üzləşib. Bölgədə mal-qara tələf olur, əhali kəskin su qıtlığı yaşayır. Quraqlıq səbəbindən 1,1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Burada insanlar illərdir yağış gözləyirlər, lakin onlar artıq həyat qurtaran ərzaq yardımını gözləyə bilmirlər. Dünya Afrika Buynuzu bölgəsindəki kütləvi aclıq təhlükəsindən ən həssas insanları qorumaq üçün indi hərəkətə keçməlidir", - deyə məlumatda bildirilib.


 

DİGƏR XƏBƏRLƏR

Top