
BMT-nin Baş katibi Antonio Quterreş Ukraynaya səfəri çərçivəsində Odessaya gedib.
Yeniavaz.com xəbər verir ki, Baş katib bu barədə tvitterdə yazıb.
“Odessada yenidən taxılın gəmiyə necə yükləndiyini görmək çox həyəcanlıdır. Bu gəmi həm də dünyanın ən həssas insanları və ölkələri üçün ümid verir”, - deyə Quterreş vurğulayıb.
Xatırladaq ki, ötən gün BMT-nin Baş katibi Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.