
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Danışıq zamanı Ukraynanın Rusiyanın nəzarəti altında olan Zaporojye AES-dəki son vəziyyət dəyərləndirmək üçün əraziyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərinin buraxılması məsələsini müzakirə ediblər.