İranın hərbi nümayəndə heyəti azad edilmiş ərazilərə səfər etdi


Müdafiə Nazirliyinin (MN) təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib.

Bu barədə Yeniavaz.com-a MN-dən bildirilib. Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub.

DİGƏR XƏBƏRLƏR

Top