Turistlər partlayışlara görə Krımı tərk edirlər - Video


Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın ilhaq etdiyi Krımda, Saki şəhəri yaxınlığındakı hərbi aerodrom ərazisində partlayışlar baş verib, yanğın başlayıb. Novofedorovkada (Krımın Saki bölgəsində şəhər tipli qəsəbə) uçuş-enmə zolağı və sursat anbarları yanıb. Cəmi 10 nəfərin olduğu aerodrom ərazisində ilk partlayış saat 16:20 radələrində eşidilib, ilkin olaraq qonşu evlərə ziyan dəyib.

Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 2-si uşaq olmaqla 13 nəfər xəsarət alıb.
Bu barədə qondarma Krım Respublikasının səlahiyyətli nümayəndələri məlumat yayıb.

Ukrayna mediasının yazdıqlarına görə, partlayış baş verən əraziyə yaxın olan çimərliklərdə istirahət edən turistlər ərazidən uzaqlaşıblar.
Partlayışdan sonra turistlər, eləcə də yerli sakinlər kütləvi şəkildə Novofedorovkanı tərk etməyə başlayıblar. Bunun nəticəsində yollarda tıxac yaranıb.
Rusiya Müdafiə Nazirliyindəki mənbə partlayışın səbəbləri barəsində TASS-a bunları deyib:
“Saki aerodromunda bir neçə sursatın partlamasına əsas səbəb kimi yalnız yanğın təhlükəsizliyi tələblərinin pozulması hesab olunur. Zərər vermək üçün sursata qəsdən təsir göstərən heç bir əlamət və sübut yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top