
UEFA Türkiyənin “Fənərbağça” klubunu cəzalandırıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb Çempionlar Liqasının II təsnifat mərhələsində “Fənərbağça” “Dinamo”ya uduzduğu vaxt azarkeşlərin “Vladimir Putin” şüarlarını səsləndirməsi olub. Bildirilib ki, UEFA “Fənərbağça”nı 50 min avro məbləğində cərimələməklə yanaşı, komandanın avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirməsinə qərar verib.