Bu rayonda yol tikintisinə 5,2 milyon manat ayrıldı - Sərəncam


Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top