Nazirlikdən festivalla bağlı narazılıqlar barədə açıqlama


Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev İkinci Milli Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət bildirib.

Yeniavaz.com Report-a istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında tədbirdə 120 min insanın iştirak etdiyini deyib.

E.Əliyevin sözlərinə görə, bu qədər insan üçün infrasturktur yaratmaq çox çətindir və buna görə də bunları nəzərə almaq lazımdır.

Nazir müavini hesab edir ki, tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib: "Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər isə həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib".

DİGƏR XƏBƏRLƏR

Top