Ruslar paradı ləğv etmək üçün "Sevastopol yalanı"nı uydurublar?


İyulun 31-də səhər saatlarında Rusiya rəsmiləri ilhaq edilmiş Sevastopolda (Krım) yerləşən Qara dəniz donanmasının qərargahına Ukrayna Silahlı Qüvvələrinin hücum etməsi barədə məlumat yayıblar.
Yeniavaz.com
xəbər verir ki, zərbə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilib.
Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, səhər tezdən donanmanın qərargahının həyətinə naməlum obyekt düşüb və partlayış baş verib. İddiaya görə, hadisə nəticəsində ölən olmasa da, 5 işçi yaralanıb.
Odessa vilayətinin rəhbərinin sözçüsü isə rusların Krımda Qara dəniz donanmasının qərargahına Ukrayna Silahlı Qüvvələrinin zərbə endirməsi ilə bağlı bəyanatlarını təkzib edib.
"Ukraynanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına guya hücum etməsi ilə bağlı xəbər açıq-aşkar təxribatdır. Krımın işğalçılardan azad edilməsi bu şəkildə baş verməyəcək və çox daha təsirli olacaq. Hər şeyin öz vaxtı var”, - o, “Telegram”da yazıb.
Ukrayna tərəfi rusların onlardan qorxduğu və Rusiyanın Hərbi Dəniz Qüvvələri Günü münasibətilə nəzərdə tutulan paradı ləğv etmək üçün belə bir şey uydurduğunu iddia edir.
Qeyd edək ki, hadisəyə görə Rusiya Hərbi Dəniz Qüvvələri Gününün qeyd olunması təxirə salınıb. Bu münasibətlə iyulun 31-də Hərbi Dəniz Qüvvələri Günündə Sevastopolda keçiriləcək hərbi parad da ləğv edilib. Həmçinin Zabitlər Evində dənizçilərin görüşü, eləcə də Rusiya Federasiyası Qara Dəniz Donanmasının komandanı ilə ziyafət də olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top