BMT Baş katibi "taxıl sazişi" ilə bağlı İstanbula gedir


BMT-nin baş katibi Antonio Quterreş Ukraynadan taxıl ixracına dair sazişlərin yekunlaşdırılmasında iştirak etmək üçün yaxın vaxtlarda Türkiyəyə səfər edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbələr bildiriblər.
Mənbələrdən biri səfərin tezliklə baş tuta biləcəyini söyləyib, lakin o, dəqiq tarix verməyib. Başqa bir mənbə bu məlumatı təsdiqləyib və həmçinin qeyd edib ki, taxıl ixracı məsələsində əsas məsələlər üzrə texniki razılaşmalar var.
Türkiyə mətbuatı isə sabah İstanbulda Ukrayna, Rusiya heyətləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə “Taxıl daşınması sazişi”nin imzalanması mərasiminin keçiriləcəyini yazıb.
Qeyd edək ki, ötən həftənin sonundan Quterreş Yunanıstanda tətildədir. Baş katibin ofisindən verilən məlumata görə, o, maraqlı tərəflərin nümayəndələri ilə müntəzəm telefon əlaqəsi saxlayır. Quterreşin ofisi hələlik səfərlə bağlı məlumatı təsdiqləməyib.

DİGƏR XƏBƏRLƏR

Top