Ermənistan əsgərləri Qarabağdan çıxarılır - Bu tarixədək


“Müharibə (İkinci Qarabağ müharibəsi - red.) nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri kömək etmək üçün Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.
“Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. Müdafiə Ordusuna (Qarabağdakı separatçı erməni silahlı birləşmələri - red.) gəlincə, o, Qarabağda olub və orada qalmaqda davam edir”, - Qriqoryan bildirib.
O, qeyd edib ki, sentyabrdan sonra Qarabağda erməni çağırışçı olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top