Yunanıstanda qəzaya düşən Ukrayna təyyarəsi "təhlükəli yük" daşıyırmış


Serbiya - İordaniya - Banqladeş ticarət reysi zamanı Yunanıstanda qəzaya düşən Ukraynanın "An-12" nəqliyyat təyyarəsinin göyərtəsində  "təhlükəli yük" olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko məlumat verib.
"Ekipaj Ukraynanın səkkiz vətəndaşından ibarət olub. Qəzanın ilkin səbəbi mühərriklərdən birinin sıradan çıxması olub. Xarici işlər nazirinin tapşırığı ilə Ukraynanın Salonikidəki konsulluğunun bazasında operativ qərargah yaradılıb. Ukrayna konsulları artıq qəza yerinə gəliblər, onlar xilasedicilər və Yunanıstan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlayır və hadisənin bütün detallarını aydınlaşdırırlar. Xilasetmə işləri və yanğının söndürülməsi davam edir”, - Nikolenko bildirib.
Qeyd edək ki, təyyarənin sahibi olan Meridan aviaşirkəti "An-12" ekipajının səkkiz üzvünün hamısının Ukrayna vətəndaşı olduğunu bəyan edib.
Xatırladaq ki, iyulun 17-nə keçən gecə  Yunanıstanın şimal-şərqində Kavala hava limanının qərbində An-12 təyyarəsi qəzaya uğrayıb . Təyyarə Serbiyanın Nis yaxınlığındakı “Böyük Konstantin” hava limanından İordaniyanın paytaxtı Əmmana uçurmuş. Qəzadan əvvəl ekipaj mühərriklərdən birində problem olduğunu bildirsə də, təyyarə havada olarkən alovlandığı üçün təcili eniş edə bilməyib.
Hadisə şahidləri təyyarə düşdükdən sonra "bir saat ərzində partlayış səsləri eşitdiklərini" deyirlər. 

 

DİGƏR XƏBƏRLƏR

Top