![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/6/3/1/0c996e28-362b-4438-b1f2-e1e14dc211ec/qafqaz-muselmanlari-idaresi-qmi.jpg)
Azərbaycanda iyulun 30-da Məhərrəm ayı başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, 30 iyul Məhərrəm ayının birinci günüdür:
“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-si olacaq”.