Bakı-Sumqayıt yolunda səkkiz avtomobil toqquşdu - Video


Xəbər verdiyimiz kimi, bu gün Bakı-Sumqayıt yolunda qəza baş verib və buna görə tıxac yaranıb.
Yeniavaz.com
Oxu.az-a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərindən paytaxt istiqamətinə gedən yolda qeydə alınıb.
Belə ki, yolun Beynəlxalq Avtovağzalın qarşısından keçən hissəsində səkkiz avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. 
İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət həddi və ara məsafənin qorunmaması olub. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top