Naxçıvan-Türkiyə sərhədi bağlı olsa da, bu şəxslər keçə bilər - Siyahı


Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyənin quru sərhədi sentyabrın 1-ə kimi bağlanıb. Səbəb kimi koronavirus pandemiyası göstərilib. Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov deyib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb.
Yeniavaz.com
xəbər verir ki, Türkiyənin “İxlas” xəbər Agentliyi Naxçıvan Muxtar Respublikası rəsmilərinə istinadən sərhəddəki məhdudiyyətlərin 10 iyul tarixindən etibarən başlanması barədə məlumat yayıb.
Bildirilib ki, sərhəd keçid məntəqələrindən yalnız aşağıdakı hallarda bəzi şəxslər keçə bilər:
- Naxçıvan Muxtar Respublikası və Türkiyədə təhsil alan tələbələrin qarşılıqlı keçidlərində;
- Sənədlərini təqdim edərək sərhəd qapısından istifadə etmək istəyən iş adamlarının keçidlərində;
- Qarşılıqlı olaraq hər iki ölkə vətəndaşlarına aid cənazə keçidlərində;
- Şəxsi nəqliyyat vasitələri ilə Türkiyədən Naxçıvan Muxtar Respublikasına keçmək istəyən Naxçıvan vətəndaşlarının keçidlərində;
- Naxçıvan Muxtar Respublikasından Türkiyəyə getmək istəyən Türkiyə vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının keçidlərində;
- Naxçıvan vətəndaşları ilə rəsmi nikahda olan Türkiyə vətəndaşlarının keçidlərində;
- Sənədlərini təqdim etmək şərtilə qarşılıqlı ölkələrdə tibbi xidmət görən Naxçıvan və türk vətəndaşlarının keçidində.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası və ya Türkiyəyə ilə hava yolu ilə səyahət edəcək olan qarşılıqlı iki ölkə vətəndaşlarının keçidlərində hər hansı məhdudiyyət tətbiq olunmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top