Bakıda təhsil alan sabiq Anqola prezidenti vəfat etdi


Anqolanın ikinci prezidenti Joze Eduardu duş Santuş 79 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Anqolanın Respublika Prezidentliyi səhifəsi məlumat yayıb.
Onun uzun sürən xəstəlikdən sonra İspaniyanın Barselona şəhərində vəfat etdiyi bildirilir.
Qeyd edək ki, duş Santuş Anqolada Prezident müavini vəzifəsini icra etməyə başlayanda təhsilini davam etmək üçün Bakıya yollanıb. Burada o Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 1979-cu ildən 2017-ci ilədək Anqolanın Prezidenti vəzifəsini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top