Qaraqalpaqıstanda çəkilən kadrlar müzakirələrə səbəb oldu - Video


“Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən Qaraqalpaqıstan ərazisində tətbiq edilən fövqəladə vəziyyət rejiminin ilk gecəsi insidentsiz keçib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Respublika Milli Qvardiyasının mətbuat katibi Davron Cumaniyazov deyib.
Lakin sosial şəbəkəlrədə yayılan görüntülər müzakirələrə səbəb olub. Belə ki, bu gün – iyulun 3-ü səhər saatlarında Qaraqalpaqstanın paytaxtı Nukus şəhərində çəkilən görüntülərdə hər tərəfə qırmızı maye yayılması gecə şiddətli etirazların olması kimi qiymətləndirilib.
Sözügedən qırmızı mayenin qan, yoxsa etirazçılara qarşı istifadə olunan xüsusi vasitə olması bəlli olmasa da, bütün hallarda ötən gecənin insidentsiz keçmədiyi aydın görünür.
Həmin kadrları təqdim edirik:

Xatırladaq ki, iyulun 1-də Qaraqalpaqıstanda baş vermiş iğtişaşlar səbəbindən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanına əsasən, iyulun 3-də Qaraqalpaqıstan ərazisində komendant saatı nəzərdə tutan fövqəladə vəziyyət rejimi tətbiq edilib. İğtişaşlara səbəb isə Özbəkistanın Qaraqalpaqıstan Respublikasında ölkə konstitusiyasına dəyişiklik edilməsi barədə planların olması idi. Bölgədəki iğtişaşlardan sonra Mirziyoyev konstitusiyaya Qaraqalpaqstanın statusu ilə bağlı dəyişiklikləri etməmək qərarına gəlib.

DİGƏR XƏBƏRLƏR

Top