Cüneyt Arkın dəfn olundu - Fotolar


İstanbul şəhərində əfsanəvi aktyor Cüneyt Arkınla vida mərasimi keçirilib.
Yeniavaz.com
Türkiyə mediasına istinadən xəbər verir ki, mərasim Atatürk Mədəniyyət Mərkəzində baş tutub.
Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Cüneyt Arkının həyat yoldaşı Betül Cüreklibatır, övladları Murat Arkın, Kaan Cüreklibatır, sənətçilər və sevənləri iştirak edib.
Mərasimdən sonra C. Arkın Zəncirliquyu qəbiristanlığında dəfn edilib.
Xatırladaq ki, Cüneyt Arkın iyunun 28-i İstanbulda müalicə aldığı xəstəxanada 85 yaşında vəfat edib.







DİGƏR XƏBƏRLƏR

Top