
İsrailin baş naziri Naftali Bennet qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, yaxın saatlarda Baş nazirin mətbuata rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, iyunun 20-də Naftali Bennett və xarici işlər naziri Yair Lapid növbəti seçkilərə qədər koalisiya sazişi çərçivəsində Knessetin buraxılması və kabinet rəhbərinin səlahiyyətlərinin xarici işlər nazirinə verilməsi barədə razılığa gəliblər.