Ərdoğan-Bayden görüşü başa çatdı - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasındakı görüş başa çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.

Ərdoğan ABŞ prezidentilə görüşməkdən məmnun olduğunu qeyd edib.


***21:17
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş İspaniyanın paytaxtı Madriddə NATO sammiti çərçivəsində keçirilir.Görüşün əvvəlində Türkiyə lideri amerikalı həmkarı ilə bir araya gəlməkdən məmnun olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top