Bakıda bəzi yerlərdə su kəsildi - Magistral kəmərdə qəza


Bakının bir sıra ərazilərində içməli suyun təminatında problem olacaq.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Facebook”da məlumat verib.

Qurum rəsmisi bildirib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun “Şıxov”, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb.

Qeyd olunub ki, qəza briqadaları hadisə yerində işləyir.

DİGƏR XƏBƏRLƏR

Top