Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdi - Sərəncam


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvlərinin sıyahısında dəyişiklik olub.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” sərəncamında edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibinə daxil olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri ilə əvəz edilib.

DİGƏR XƏBƏRLƏR

Top