“Google”un süni intellekti canlanıb?


“Google”un işçisi Bleyk Lemuan şirkətin çat botu kimi hazırladığı süni intellekt “LaMDA”nın hisslər və şüur ​​qazanmağa başladığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o, “LaMDA”nın insan kimi öz varlığı haqqında düşüncələri olduğunu söyləyib.
“Google” sözçüsü Brayan Qabriel məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, etika və texnologiya ekspertləri Bleyk Lemuanın iddialarını araşdıraraq, sübutların iddiaları dəstəkləmədiyi qənaətinə gəliblər.
B. Lemuan “LaMDA” ilə olan yazışmaları öz bloqunda paylaşıb. Yazışmaları buradan oxuya bilərsiniz.
Qeyd edək ki, bu yazışmaların ortaya çıxmasından sonra “Google” daxili məsələləri ictimailəşdirdiyi üçün Lemuanı ödənişli məzuniyyətə göndərib.

DİGƏR XƏBƏRLƏR

Top