Ukrayna Qara dənizdə rus gəmisini vurdu - Video


Rusiyaya məxsus “Vasili Bex” gəmisi Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri tərəfindən “Harpoon” raketləri vasitəsilə vurulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qara dəniz donanmasının “Vasili Bex” ehtiyat gəmisi donanmanın sursat, silah və şəxsi heyətinin İlan adasına daşınması zamanı vurulub.
Hətta gəminin göyərtəsində “TOR” zenit-raket kompleksinin olduğu da bildirilib.
Qeyd edilib ki, Həştərxan gəmiqayırma zavodunda istehsal edilən 1605 ton tutumlu “Vasili Bex” ehtiyat gəmisi 2017-ci ildə Rusiya Qara Dəniz Donanmasına qəbul edilib.
Sosial şəbəkələrdə gəminin vurulma anının peyk görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top